Yuxarı

Daha bir qasırğa gəlir: Avropa təhlükədə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir qasırğa gəlir: Avropa təhlükədə...

Britaniya meteoroloqları xəbərdarlıq edirlər ki, Britaniya adaları “Kiara”dan sonra “Dennis” qasırğası ilə üzləşəcək.

Axar.az xəbər verir ki, proqnozlara görə, yeni qasırğanın Danimarka və Baltik dənizi istiqamətində hərəkət edəcəyinə baxmayaraq, o, “Kiara”nın keçdiyi regionları – İrlandiyanı, Böyük Britaniyanı, Fransanın şimal-qərb sahillərini və Benelüks ölkələrini cənginə alacaq.

Qərbi Avropa “Kiara” qasırğasının gətirdiyi dağıntılardan hələ də özünə gəlməyib. Təbii fəlakət nəticəsində azı yeddi adam həlak olub. Britaniya Meteorologiya Agentliyinin baş meteoroloqu Stiv Remsdeyl deyib: “Şənbə günü leysan yağışlar və külək gözlənilir, amma “Dennis” fırtınası “Kiara”dan zəif olacaq”.

Gözlənildiyinə görə, küləyin gücü saatda təqribən 100 kilometrə çatacaq. Bu isə “Kiuara”nın doğurduğu küləyin şiddətindən 2,5 dəfə zəifdir. Ekspertlər xəbərdarlıq edirlər ki, güclü yağışlar səbəbindən həmin bölgələri su basa bilər.

Bütün həftə ərzində Qərbi Avropada qeyri-sabit hava müşahidə olunacaq.

Tarix
2020.02.12 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla