Yuxarı

Bu türk ölkəsindən koronavirusla mübarizədə Çinə böyük jest

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsindən koronavirusla mübarizədə Çinə böyük jest

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin tapşırığı ilə Çinə koronavirusla mübarizədə kömək məqsədilə humanitar yardım göndərilib.

Axar.az xəbər verir ki, yardıma tibb ləvazimatı, steril əlcəklər, müdafiə kombinezonları, filtr-maskalar, tənzif və s. daxildir.

Özbəkistan Xarici İşlər nazirinin müavini Dilşod Axatov jurnalistlərə bildirib ki, yeni koronavirusun sürətlə yayılması ilə bağlı Çin böyük sınaq qarşısındadır. Bütün dünya ictimaiyyəti Çinə yardım edir. Biz də kənarda qalmamalıyıq.

Özbəkistan Səhiyyə nazirinin müavini Baxadir Yusupaliyev isə deyib ki, Çində vəziyyət mürəkkəb olaraq qalır. Dünya Səhiyyə Təşkilatı koronavirusu bütün insanlar üçün təhlükə hesab edir. Buna görə də dünya ölkələri kimi, Özbəkistan da bu təhlükə ilə mübarizədə Çinə kömək etməyi qərara alıb.

Hazırda “Özbəktekstilprom” ikinci humanitar yardım üçün hazırlığa başlayıb. Bu məqsədlə toxuculuq müəssisələrində tibbi maskalar və müdafiə kostyumları tikilir.

Tarix
2020.02.13 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla