Yuxarı

Ruhani istefaya gedir? – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhani istefaya gedir? –

İran Prezidenti Həsən Ruhaninin istefaya getməsiylə bağlı şayiələr yayılıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Əl Monitor” jurnalı yayıb. Jurnal bu şayiələrin parlamentin keçmiş mühafizəkar deputatı, SEPAH-a yaxınlığı ilə seçilən Əlirza Zəkani tərəfindən yayıldığını bildirib.

Məlumata görə, məhz Zəkani keçən həftə mühafizəkar siyasətçilərlə görüşündə hökumətin Trampla danışıqlara başlamağa nail olmayacağı halda Ruhaninin istefaya gedəcəyini söyləyib.

İran hakimiyyəti isə Prezident Həsən Ruhaninin istefaya getməsi ilə bağlı məlumatı təkzib edib. Hökumətin adından açıqlama verən İran Prezidentinin köməkçisi Əli Rabii Ruhaninin prezidentlik dönəminin sonuna qədər vəzifəsini tərk etməyəcəyini bildirib.

Tarix
2020.02.13 / 15:46
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla