Ana səhifə Planet |
Yeni hakimiyyət formalaşandan sonra Ermənistandan gələn çığır-bağır səsləri getdikcə güclənməkdədir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Elmlər Akademiyasının professoru və hərbi ekspert Aleksandr Tixanski deyib.
Onun sözlərinə görə, ermənilər getdikcə daha yüksək səslə Rusiyaya aid Gümrü bazasını bağlamaq və rus əsgərlərini oradan çıxarmaqla hərbi texnikanın İrəvanın istifadəsinə verilməsi haqda çağırış edirlər:
“Erməni xalqı yaxşı bilir ki, İrəvanı Azərbaycan və Türkiyədən qoruyan yeganə amil Rusiyaya aid bazaların ölkədə yerləşməsi və KTMT üzvlüyüdür.
Lakin gələcəkdə necə olacaq, kimə güvənmək lazımdır? Kimdən kreditlə və güzəştli qiymətlərlə silah və hərbi texnika alacaqlar? Əgər rus əsgərlərini ölkədən çıxarası olsaq, bundan ilk itirən Ermənistan tərəfi olacaq”.
Hərbi ekspert qeyd edib ki, Paşinyanın ətrafında xeyli sayda xarici, o cümlədən, ABŞ kəşfiyyatına işləyən adamların olduğu deyilsə də, o, bunu qulaqardına vurur.
Tarix
2020.02.14 / 18:09
|
Müəllif
İlqar Rəhimli
|