Yuxarı

"Türkiyə Hələbi İŞİD-dən almağa hazırlaşır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin iyun ayından İŞİD-in nəzarətində olan İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi əməliyyatı keçiriləcək. Mosulun azad edilməsi ilə bağlı hazırlıqlar ilin əvvəlindən başlayıb. Bir neçə gün əvvəl İraqın Baş naziri Heydər İbadi bildirib ki, ilin sonuna qədər Mosul İraq ordusunun nəzarətində olacaq.

"Musavat.com" xəbər verir ki, bir neçə gün əvvəl ABŞ Mərkəzi Ordu Komandanlığından (CENTCOM) mətbuata Mosulun azad edilməsi əməliyyatının bu il aprel və ya may ayında başlayacağı bildirilib. Mənbə eyni zamanda bildirib ki, əməliyyat üçün 20 min nəfərlik İraq və kürd döyüşçüsü cəlb olunacaq. Hazırda hərbi qüvvələrin hazırlanması prosesi həyata keçirilir.

Eyni zamanda, amerikalı komandirlər Mosulun azad edilməsi əməliyyatının xeyli dərəcədə çətin və ağır bir döyüş olacağını bildirir. Mosulun 1 milyona yaxın əhalisi var və şəhərdə İŞİD-in nə qədər qüvvəsinin olduğu bilinmir. Üstəlik, terror təşkilatı bir qayda olaraq hücuma məruz qalarkən dinc əhalidən sipər kimi istifadə edir.

Bu arada ABŞ-ın quru qüvvələrinin İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlara qatılacağı haqda məlumatlar yayılıb. Məlumatlarda amerikalı hərbçilərin birbaşa İŞİD-ə qarşı döyüşməyəcəyi, ancaq təlim və kəşfiyyat dəstəyi verəcəyi qeyd olunur. O da bildirilir ki, koalisiya təyyarələri Mosula ərzaq və silah daşınan yolları bombalayır.

Bu arada ABŞ prezidentinin İŞİD-ə qarşı mübarizə üzrə xüsusi təmsilçisi Con Allen qarşıdakı həftələrdə beynəlxalq koalisiyanın İŞİD-ə qarşı quru əməliyyatlarını başladacağını deyib. İordaniya xəbər agentliyinə müsahibə verən xüsusi təmsilçi deyib ki, beynəlxalq koalisiya aviasiyası havadan İraq qüvvələrinə dəstək verəcək. Allen bildirib ki, İraqda müttəfiqlərlə birgə hərəkət imkanları olsa da, Suriyada bu imkan yoxdur. Eyni zamanda o qeyd edib ki, hazırda ABŞ təlimatçıları İraq ordusunun 12 briqadasına təlim keçərək onları silahlandırıb.

Suriya hakimiyyəti isə ölkə ərazisində xarici ölkələrin İŞİD-ə qarşı quru əməliyyatları həyat keçirməsinə icazə verməyəcəyini bildirib. Bu barədə xarici işər naziri Vəlid Muallim açıqlama verib. Muallim bildiirb ki, İŞİD-ə qaraşı savaşda yardımçı quru qüvvələrinə ehtiyac duymurlar.

Mosula hücum imkanları ilə bağlı fikirlərini bölüşən İraq türkməni, Türkiyənin Aksaray Universiteti iqtisadiyyat və idarəetmə fakültəsində beynəlxalq münasibətlər üzrə dosent Ziya Abbas İraq mediasında aprel və may aylarında Mosulun azad edilməsi əməliyyatının başladılacağı ilə bağlı xəbərlərin yayıldığını bildirdi. Hazırda hərbi hazırlıqların həyata keçirildiyini qeyd edən Z.Abbas deyir ki, hələlik Türkiyənin bu əməliyyata qoşulması dəqiq deyil. Yeri gəlmişkən, bəzi məlumatlara görə, Türkiyə ordusunun İŞİD-in mövqelərinə yaxın ərazidə yerləşən Süleyman Şah türbəsini Hələb yaxınlığından Türkiyə sərhədlərinə yaxın ərazilərə köçürməsi bununla bağlıdır: "Zatən uzun müddətdir Hələbin azad edilməsi istiqamətində hərbi hazırlıqlar başlayıb. Ancaq Türkiyənin bu əməliyyata qoşulması ilə bağlı dəqiq bir bilgi yoxdur. Qəribədir ki, ABŞ və koalisiya gücləri İraq ordusu təyyarələrinin Mosul üzərində uçuşlarını qadağan edib. Bunun hansı səbəbdən edildiyi aydın deyil, ancaq gəzən şayiələrə görə, ABŞ və bəzi koalisiya ölkələri gizli şəkildə İŞİD-ə dəstək verir".

Ekspert deyir ki, Mosulun azad edilməsi mümkün olsa da, bu, uzun zaman alan bir döyüş olacaq: "Mosulun azad edilməsi üçün döyüşlər uzun zaman ala bilər. Hazırda Mosul əməliyyatına hazırlıq məqsədi ilə mərkəzi Tikrit olan Səlahəddin əyalətinin azad eidlməsi istiqamətində döyüşlər başlayıb. Səlahəddin əyaləti təmizlənməsə Mosula əməliyyat başlatmaq mümkün olmayacaq. İraq ordusunun bu əməliyyat üçün gücü var, lakin İŞİD-in gücü haqda bilgi yoxdur. Ən ciddi problem isə İŞİD-ə mənsubiyyəti bilinməyən təyyarələrdən silah və digər yardımların atılmasıdır. Bunu təsdiq edən ciddi məlumatlar, faktlar mövcuddur. Bu cür yardımlar İŞİD-i gücləndirir".

Ziya Abbas İŞİD-ə gizli dəstəyin arxasında İraqın bölünməsi və ya ən yaxşı halda federallaşması istiqamətində cəhdlərin dayana biləcəyini düşünür. Onun fikrincə, İŞİD-in hələ uzun müddət mövcudluğunu qoruyub saxlayacağı ilə bağlı iddialar son nəticədə qruplaşmanı gücləndirir və ayaqda saxlamağa xidmət edir. Ekspertə görə, bir sıra maraqlı dairələr İraqın zəiflədilməsi, yaxın mərhələdə fedarallaşması və 3 bölgəyə (sünni, şiə və kürd) ayrılması ilə bağlı planlar var və bəzi dövlətlər gizli də olsa, bu planı dəstəkləyir.

Tarix
2015.02.22 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla