Yuxarı

Ukrayna Xocalı soyqırımını müzakirə edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Bu barədə Report-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açıqlamasında deyib. H.Cavadov qeyd edib ki, o artıq Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıb və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir.

“Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırım əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.

Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması isə dünya ictimaiyyətinə ədalət əldə etmək və cinayətkarları, işğalçıları cəzalandırmaq zərurətində ölkələrimiz arasındakı dəstək və həmrəyliyi göstərəcək”, - H.Cavadov söyləyib.

Tarix
2020.02.18 / 15:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla