Yuxarı

Paşinyan güc strukturlarını təcili topladı: Qarabağdakı ölümlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda erməni əsgərlərinin ölümünə görə iclas keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Baş nazirinin mətbuat xidməti yayıb.

İclasda Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş prokuror Artur Davtyan, İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan iştirak edib.

“Past” qəzeti oxşar iclasın Qarabağda keçirildiyinə dair məlumat yayıb. Məlumata görə, iclas 4 saat davam edib.

Bununla bərabər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan parlamentə dəvət edilib. Parlamentdə Davtyana Qarabağda erməni əsgərlərinin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı suallar verilib. O, Ermənistan ordusunda kadr dəyişikliklərinin gerçəkləşdiriləcəyini bildirib. Davtyan, həmçinin, tutduğu vəzifədən də istefa verməyəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə qondarma Qarabağ rejiminin "müdafiə naziri" istefaya gedib. Buna səbəb kimi Qarabağda erməni hərbçilərinin qeyri-döyüş şəraitində ölmələri göstərilib.

2020-ci ildə Qarabağda qeyri-döyüş şəraitində ölən erməni hərbçilərin sayı 13-ə çatıb.

Tarix
2020.02.18 / 17:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla