Yuxarı

Türkiyədən Rusiyaya: Sərt şəkildə cavabını verəcəyik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Rusiyaya: Sərt şəkildə cavabını verəcəyik!

2020.02.18. 21:22

Suriyadakı hərbi müşahidə məntəqələrimizin sərhədi dəyişməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Moskvada baş tutan İdlib müzakirələri ilə bağlı açıqlamasında deyib.

“Əsgərimizə hücumdan söhbət gedirsə, ötən həftələrdə olduğu kimi, ən sərt şəkildə cavab verəcəyimizdən heç kimin şübhəsi olmasın. Bu günə qədər müzakirələrdən bizi razı salan nəticə əldə olunmayıb. Bizə təqdim edilən sənədi və xəritəni qəbul etmədik. Görüşlər davam edəcək. Bunlar ancaq müzakirə yolu ilə həll edilə bilər.”, - deyə Qalın bildirib.

Qalın onu da əlavə edib ki, bəzən Rusiya tərəfindən verilən açıqlamalar real vəziyyəti əks etdirmir:

“Xəritələrin yenidən cızılması mülahizələrinin şahidi oluruq. Dəyişən şərtlər mövcud vəziyyətdən doğan şərtlər deyil, təlqin edilən şərtlərdir. İdlibin sərhədləri bəllidir. Bizim hərbi müşahidə məntəqələrimizin olduğu yer bu sərhədi dəqiq şəkildə bildirir”.

Qeyd edək ki, son günlər türk ordusunun müşahidə məntəqələrinə Suriya rejim qüvvələrinin hücumu artıb.

Tarix
2020.02.19 / 00:05
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla