Yuxarı

Jirinovskidən ermənilərə ağır söyüş: başını girələmək üçün...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovskidən ermənilərə ağır söyüş: başını girələmək üçün...

Ermənistanla ikitərəfli müqavilənin imzalanması Rusiyaya gələn cinayətkarların sayının artması deməkdir.

ANS xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Dövlət Dumasında Ermənistan vətəndaşlarının Rusiyaya gəlməsi barədə ikitərəfli müqaviləsinin müzakirəsi zamanı bildirib.

"Ruslar Ermənistandan gizlənə bilməzlər, bu ölkə təkmillətlidir və ruslar dərhal tanınır. Rusiya isə çoxmillətli ölkədir, burda gəlmələr elə də tanınmır. Biz bu sazişi təsdiq edirik. Bəlkə bir özümüzə sual verək: bu, bizim ölkəyə gələn cinayətkarların sayını artırmayacaq ki?" - deyə LDPR lideri sual verib.

Erməni mətbuatı dərhal özündən çıxıb və Jirinovskinin Bakıya səfəri zamanı Azərbaycan barədə dediklərini xatırlayıb. "Azərbaycan bu gün rentabelli dövlətdir. Bakı heç kimdən heç nə istəmir və heç kimin altına uzanmır" - deyə Jirinovski onda bildirmişdi.

Erməni jurnalistləri LDPR liderinin hər iki ifadəsini tutuşduraraq Ermənistanın ciddi şəkildə təhqir olunduğunu vurğulayırlar. Onların fikrincə, Jirinovski əslində Ermənistanın başını girələmək üçün istənilən yola getdiyini deyib və erməniləri faktiki olaraq söyüb.

Tarix
2015.02.23 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla