Yuxarı

AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır

Bu gün Brüsseldə Avropa Birliyi ölkələri liderlərinin fövqəladə iclası keçiriləcək.

Axar.az xəbər verir ki, görüşdə Avropa Birliyinin 2021-2027-ci il büdcəsi müzakirə ediləcək. Görüşdə AB büdcəsinin əhəmiyyətli həcmdə ixtisarı gözlənilir.

“Breksitdən sonra AB büdcəsinə daxilolmaların həcmi azalıb. Büdcəyə daxilolmaların həcmini azaldan digər səbəb isə AB ölkələrinin iqtisadiyyatıdır. Üstəlik, Almaniya, Fransa və İtaliyada sənaye artımı templərinin azalması müşahidə edilib”, – deyə məlumatda bildirilib.

Yeni büdcə sayəsində bəzi istiqamətlər üzrə maliyyələşmənin həddən artıq azalacağının güman edildiyi vurğulanıb. Xüsusilə, AB ölkələri arasında iqtisadi uçurumun azaldılmasına yönələn xərclərin 10%-ə qədər azala biləcəyi qeyd edilir. Bundan isə ilk növbədə Baltikyanı ölkələr əziyyət çəkəcək.

Təkcə yeni büdcədə Litvaya edilən yardımın 27% azaldılması nəzərdə tutulub. Vilnüs artıq yeni büdcənin qəbuledilməz olduğunu açıqlayıb. Latviya isə bunun ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vuracağını bildirib. Rəsmi Riqanın hesablamalarına əsasən, ölkəyə daxilolmalar 22%, daha dəqiq isə 1milyard avro azalacaq.

Estoniyanın isə bunun sayəsində 40% və ya 1,5 milyard avro gəlirdən məhrum olacağı müəyyən edilib.

Tarix
2020.02.20 / 10:52
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla