Yuxarı

Haftara ağır zərbə: Xeyli hərbçisini itirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haftara ağır zərbə: Xeyli hərbçisini itirdi

Qiyamçı general Xəlifə Haftara bağlı ordu Liviya Milli Sülh Hökumətinin hərbi qüvvələri ilə qarşıdurmada 25 hərbçisini itirib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Haftar ordusuna qarşı başlayan əməliyyatlara başçılıq edən qüvvələrin sözçüsü Mustafa əl-Məcəyi bildirib.

O, Haftar qüvvələrinin paytaxt Tripoli yaxınlığında yerləşən Hallatat bölgəsində ağır zərbə aldığını, 25 hərbçisini itirdiyini bildirib.

Məcəyi qiyamçı ordunun mövqelərinə qarşı artilleriya zərbələrinin davam etdirildiyini deyib. O, əsir alınan hərbçilərin sayı barədə açıqlama verməyib.

Əlavə edək ki, sülh hökuməti bundan əvvəl yaydığı bəyanatda Haftarla danışıqların dayandırıldığını açıqlamışdı.

Tarix
2020.02.21 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla