Yuxarı

Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - Foto

Türkiyə Rusiya hərbi təyyarələri üçün öz səmasını qapadıb.

Axar.az xəbər verir ki, bu məlumat Teleqramdakı “Zapiska Oxotnika” kanalında yerləşdirilib. İddiaya görə, Rusiya Ankaradan öz hava məkanını Suriyaya uçuş həyata keçirəcək Tu-154 və iki ədəd Su-24 təyyarələri üçün açmasına izn istəyib. Ankaranın buna rədd cavabı verməsindən sonra Rusiya hərbi təyyarələri Xəzər dənizi, İran və İraq ərazisindən istifadə edərək, Suriyaya uçub.

Teleqram kanalında bu vəziyyətin iki ölkə arasında vəziyyəti daha da gərginləşdirəcəyi haqqında məlumat yerləşdirilib. Belə ki, Moskvanın Ankaranın bu addımına Türkiyə hərbi konvoyları və patrulları üçün yolları bağlamaq, eləcə də Türkiyənin İdlib və Hələbdəki blok-postlarının təchizatını dayandırmaqla cavab verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, fevralın 3-dən bu yana Əsəd rejimi və ona bağlı qüvvələrin gerçəkləşdirdiyi hücumlar nəticəsində Türkiyənin 14 əsgəri və 1 mülki şəxsi həlak olub. Üstəlik dünən şəhid olan 2 türk əsgərinin ölümünə məhz Rusiyanın Su-25 təyyarələrinin bombardmanının səbəb olduğu müəyyən edilib.

Tarix
2020.02.21 / 14:13
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla