Videomu paylaşıb, məni biabır etmək istəyirlərsə... - Əsgərov
15:27
Ana səhifə Planet |
Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin oğlanları - Ala və Camal Mübarəklə bağlı bəraət hökmü verib.
Axar.az xəbər verir ki, "birjada manipulyasiya" kimi tanınan məhkəmə işində Mübarəkin oğulları və 7 iş adamı haqqında bəraət hökmü verilib.
Qeyd edək ki, Misirdə 2012-ci ildə Mübarəkin 2 oğlu, 7 iş adamı, Misir Milli Bankının keçmiş idarə heyətindən olan 2 nəfər bankın satışından 140 milyon dollar qeyri-qanuni qazanc əldə etməkdə ittiham olunurdu.
20 sentyabr 2018-ci il tarixli məhkəmə iclasında Ala və Camal Mübarəkin maliyyə zəmanəti ilə sərbəst buraxılması barədə qərar verilmişdi.
Tarix
2020.02.22 / 19:18
|
Müəllif
Nərmin Əkbərli
|