Yuxarı

Obamanın Fələstin lideri ilə gizli danışığı üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obamanın Fələstin lideri ilə gizli danışığı üzə çıxdı

ABŞ Prezidenti Barak Obama 2012-ci ildə Fələstin lideri Mahmud Abbası təhdid edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat "Əl-Cəzirə" kanalının ələ keçirdiyi kəşfiyyat sənədlərində yer alıb. Cənubi Afrikanın kəşfiyyat xidmətinə aid olan sənəddə 2012-ci ilin noyabrında Obama ilə Mahmud Abbas arasında telefon danışığının baş tutduğu qeyd olunub.

Obamanın telefon danışığı zamanı Fələstin liderini BMT-də müşahidəçi ölkə statusu almağa çalışmaması tələbilə hədə-qorxu gəlib.

Xatırladaq ki, elə həmin ilin noyabrında Fələstin BMT-də müşahidəçi ölkə statusu alıb.

Qeyd edək ki, "Əl-Cəzirə" kanalının ələ keçirdiyi sənədlərdə İsrailin, İngiltərənin, Rusiyanın və Cənubi Afrikanın kəşfiyyat orqanlarının məlumatları yer alır.

Tarix
2015.02.24 / 19:19
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla