Yuxarı

İddia: İran yer altında nüvə silahı hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İddia: İran yer altında nüvə silahı hazırlayır

İran "Altılıq" ölkələri ilə nüvə proqramına dair apardığı danışıqlara baxmayaraq, yerin altındakı gizli bazada nüvə silahı hazırlayır.

Axar.az xəbər verir ki, bunu Vaşinqtonda fəaliyyət göstərən İran Milli Müqavimət Mərkəzinin nümayəndəsi Əlirza Cəfərzadə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, "Lavizan-3" adlanan kompleks Tehran yaxınlığında yerləşir.

Cəfərzadə bildirib ki, sözügedən obyekt tunellər şəbəkəsi və yeraltı sığınacaqlardan ibarət dərinlikdə tikilib. Orada radiasiyanın yayılmasının qarşısını alan xüsusi qapılar var ki, MAQATE müfəttişləri yoxlamalar zamanı onu müəyyənləşdirə bilmirlər.

Mərkəzin bildirdiyinə görə, həmin kompleksdə 2008-ci ildən uranın zənginləşdirilməsi prosesinə başlanılıb.

"Lavizan-3" kompleksinin fəaliyyəti və İranın nüvə silahı hazırlaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Rəsmi Tehran uranın yalnız dinc məqsədlərlə zənginləşdirdiyini dəfələrlə bəyan edib.

Tarix
2015.02.25 / 11:01
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla