Yuxarı

Lavrovdan gürcü jurnalistlərə: Siz xəstəsiniz, qızlar - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovdan gürcü jurnalistlərə: Siz xəstəsiniz, qızlar - Video

16:59

BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində paylaşıb.

“BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər. Getmək mümkün deyildi. Qışqırmaqla, itələşməklə nazirin yanına keçməyə cəhd edirdilər. İrəli getmək üçün bütün ləyaqətini itirən qadınları geri hərəkət etdirmək məcburiyyətində qaldıq.

Bilirsiniz nə lazım idi? İnanmaq mümkün deyil. Bir sual: Lavrov Tiflisə gələcəkmi? Özünü başqa ölkənin nümayəndəsinin gəlib-gəlməməsindən asılı qoymağın özü hansısa axmaqlıqdır. Acınacaqlı mənzərədir”, – deyə o bildirib.

Zaxarova özündən fərqli olaraq, Lavrovun xəsarət almadığını bildirib.

O, həmçinin, gürcü jurnalistlərin Lavrova sualları rus dilində verdiklərini, amma ingiliscə “mənə toxunmayın” ifadələri işlətdiklərini deyib.

***

Rusiya XİN rəhbəri Sergey Lavrov gürcü jurnalistləri təhqir edib.

Lavrov ona sual verməyə çalışan "İmedi TV" və "1TVGe”nin xanım jurnalistlərini “xəstə” adlandırıb.

Həmin kadrları təqdim edirik:

Tarix
2020.02.25 / 21:04
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla