Yuxarı

Rusiya planını reallaşdırır: İrəvan blokadadan çıxır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya planını reallaşdırır: İrəvan blokadadan çıxır

Abxaziyadan keçərək Gürcüstana gedən dəmiryolu layihəsi Praqada müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin çıxış edib.

Onun sözlərinə görə, bu görüş zamanı layihənin detalları müzakirə edilməyəcək:

"Biz bunu Abxaziyanın iştirakı olmadan müzakirə edə bilmərik. Amma çox güman ki, məhz bu görüş nəticəsində Abxaziyadan keçəcək dəmiryolu ilə bağlı razılığın əsası qoyula bilər".

Qeyd edək ki, Abxaziyadan keçəcək dəmiryolunun bərpası haqqında ilk təklifi Vladimir Putin keçən il səsləndirmişdi. Təklifə əsasən, dəmiryolu Rusiya, Abxaziya, Gürcüstan və Ermənistanı birləşdirməlidir. Gürcü müxalifəti Putinin təklifinə qarşı həmin vədə çox sərt şəkildə çıxmışdı. Rəsmi Tiflis də Abxaziyadan keçəcək dəmiryolunun reallaşmayacağını bildirmişdi.

Onu da xatırladaq ki, Zurab Abaşidze ilə Qriqori Karasin arasında növbəti görüş oktyabrın 16-da Praqada olacaq.

Tarix
2015.02.27 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla