Yuxarı

Millət vəkili Türkiyə qurucusunu təhqir etdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Türkiyə qurucusunu təhqir etdi - Foto

AKP-çi millət vəkili Tülay Babuşçunun Tvitterdə Türkiyənin qurucularından İsmət İnönü ilə bağlı paylaşdığı mesaj ölkədə səs-küyə səbəb olub.

Axar.az xəbər verir ki, millət vəkili Türkiyənin Suriyadakı Süleyman Şah türbəsinin yerinin dəyişdirilməsi ilə bağlı təşkil etdiyi əməliyyatı torpaq itkisi kimi qiymətləndirənlərə cavab verib. O, 1923-cü ildə imzalanmış Lozanna sülh müqaviləsinin şərtlərini xatırladıb və bunun əsil torpaq itkisi olduğunu bildirib:

"Masa arxasında torpağın necə itirildiyini içimizdəki xainlərə izah edək. Lozanna sülh müqaviləsinin 129-cu maddəsinə görə, Türkiyənin Anzak (Arıburnu) bölgəsindəki torpağı İngiltərəyə verildi. Bəli, uğrunda 253 min insanın şəhid olduğu torpaq İsmət İnönü tərəfindən İngiltərəyə hədiyyə olundu".

Millət vəkili bundan da ağır ifadələrlə İsmət İnönüyə ünvanladığı təhqirə görə parlamentdə üzr istəmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Türkiyə fevralın 22-də Süleyman Şah türbəsinin təxliyyəsi üçün Suriyaya qoşun yeridib. Türkiyənin keçirdiyi əməliyyatda 700 nəfər türk hərbçisi iştirak edib. Türkiyə rəhbərliyinin bu addımı ölkədə millətçilər tərəfindən torpaq itkisi kimi qiymətləndirilib.

Tarix
2015.02.27 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla