Yuxarı

Ateist yazar parçalanaraq öldürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ateist yazar parçalanaraq öldürüldü - Foto

ABŞ-da yaşayan və Amerika vətəndaşı olan Avicit Roy həyat yoldaşı ilə birlikdə kitab sərgisində iştirak etmək üçün getdiyi Banqladeşin paytaxtı Daqqada hücuma məruz qalıb. Məşhur ateist kimi tanınan banqladeşli yazar parça-parça edilərək öldürülüb.

Axar.az BBC-yə istinadən xəbər verir ki, yazar və həyat yoldaşına hücum edən qrup Royun özü kimi bloq yazarı olan həyat yoldaşı Rafidə Əhmədi də ağır yaralayıb. Ateist yazar bloqunda dindarlığa qarşı həddən artıq yazılar yazdığına görə, 2013-cü ildə Daqqadakı evi yaxınlığında sui-qəsdə uğramışdı.

Polis hələ hücum edənlərin kimliyi ilə bağlı açıqlama verməsə də, Royun dünyəviliyi müdafiə edən yazıları üzündən təhdid edildiyini açıqlayıb.

Qeyd edək ki, əksəri müsəlmanlardan ibarət 160 milyon əhalisi olan Banqladeşdə daha əvvəl də buna oxşar hücumlar olub, polis bu hücumların arxasında radikal dindarların olduğunu söyləyib.

2014-cü ildə də yenə eyni kitab sərgisində iştirak edən Hümayun Azad adlı başqa bir yazar da evinə qayıdarkən uğradığı hücumda ağır yaralanıb.

Tarix
2015.02.28 / 00:42
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla