Yuxarı

Səddamın şəhəri uğrunda savaş başladı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səddamın şəhəri uğrunda savaş başladı - Foto

İraq ordusu "İslam dövləti"nin işğalında olan Səddam Hüseynin doğma Tikrit şəhərində hərbi əməliyyata başlayıb.

Axar.az-ın xəbərinə görə, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb. Yerli media şəhər üzərinə hava qüvvələrinin dəstəyi ilə hücumların keçirildiyini bildirir.

İD paytaxt Bağdaddan 150 kilometr şimala doğru yerləşən Tikrit şəhərini iyun ayında zəbt edib. Hücumdan əvvəl İraqın baş naziri şəhərin yerləşdiyi Səlahəddin vilayətində hökumət qüvvələrinin hərbçilərilə görüşüb.

Heydər əl-Abadi İD-ni tərk edən yerli sünni tayfaları döyüşçülərinin əfv olunacağını deyib. O, şəhərin tezliklə öz sakinlərinə qaytarılacağını bəyan edib. İD döyüşçüləri əsasən sünni müsəlmanların yaşadığı Səlahəddin vilayətində bir neçə bölgəyə nəzarət edirlər.

Tikrit üzərinə əməliyyatda hökumət qüvvələrinin əsgərləri ilə müttəfiq şiə döyüşçüləri iştirak edirlər. Onların həmlələri koalisiya qüvvələrinin hava zərbələri ilə müşayiət olunur. Eyni zamanda kürdlərin peşmərgə qüvvələri İD nəzarətində olan mühüm Mosul şəhərinə doğru irəliləyirlər.

Tarix
2015.03.02 / 16:21
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla