Yuxarı

Ukraynada böyük müharibə hazırlığı: 250 minlik ordu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada böyük müharibə hazırlığı: 250 minlik ordu

Ukrayna Prezidenti Pyotr Poroşenko Ali Radaya Ukraynanın Silahlı Qüvvələrinin sayının artırılması haqqında qanun layihəsi göndərib.

Axar.az "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, 2269 saylı qanun layihəsi bu gün Ali Radada qeydə alınıb.

Qanun layihəsində qeyd edilir ki, hərbi sahədə Ukraynanın milli təhlükəsizliyinə olan təhlükələr nəzərə alınaraq Ukraynanın Silahlı Qüvvələrində operativ komandanlığın iki idarəsi, on bir briqada, dörd alay, on səkkiz batalyon, on altı ayrı bölük və on üç müxtəlif təyinatlı bölük formalaşdırılır. Qanun layihəsində Ukraynanın Silahlı Qüvvələrinin sayının 250 minə, o cümlədən 204 min hərbi qulluqçuya çatdırılması nəzərdə tutulub.

Ukrayna Prezidenti Poroşenko daha əvvəllər də bildirib ki, Ukrayna ordusunun şəxsi heyətinin sayının 250 minə qədər çatdırılması planlaşdırılır. Silahlı Qüvvələrin sayının 250 minə çatdırılmasının vacib olduğunu Ukraynanın Baş naziri Arseniy Yasenyuk da dilə gətirib.

Tarix
2015.03.02 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevə sual: Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz?

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla