Yuxarı

Tanınmış aktyor xəstəxanaya düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış aktyor xəstəxanaya düşdü

Rusiyanın görkəmli teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti Yuri Salomin dünən gecə xəstəxanaya aparılıb.

Report xəbər verir ki, Rusiya mətbuatına istinadən xəbər verir ki, Yuri Salomin öd kisəsinin daxili qanaxması və kəskin xolestit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda SSRİ xalq artistinin vəziyyəti qənaətbəxşdir. "Malıy Teatr" ın baş direktoru Tamara Mixaylova bildirib ki, Yuri Salomin son zamanlar işlərinin çoxluğu ilə əlaqədar olaraq sağlamlığına diqqət etməyib. Bu səbəbdən aktyorun vəziyyəti qəfildən pisləşib.

Qeyd edək ki, Yuri Salomin 1935-ci ildə anadan olub. Tamaşaçılara "Adi möcüzə" , "Əlahəzrətin yavəri" , "Əlvida Gülsara", "Qağayı" və digər filmlərdən yaxşı tanış olan Yuri Salominin qardaşı mərhum Vitaliy Salomin də tanınmış aktyor olub.

Yuri Salomin 1990-91-ci illərdə Rusiyanın mədəniyyət naziri olub. 1988-ci ildən "Malıy Teatr"ın rəhbəridir.

Tarix
2015.03.04 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla