Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
3 Aprel 2020


Yeni tətbiq: telefona yükləyin və koronadan uzaq olun!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 22-də İsrail Səhiyyə Nazirliyi “Android” və “İOS” mobil telefonları üçün "Maqen" (Qalxan) adlı bir tətbiq təqdim edib.

Axar.az xəbər verir ki, tətbiq telefonunuzun hərəkətlərini izləyir və koronavirus diaqnozu qoyulmuş xəstələrin yaxınlığından keçib-keçmədiyiniz haqda sizə məlumat verir.

Tətbiq telefonun sahibi ilə diaqnozdan 14 gün əvvəl baş verənlər də daxil olmaqla, koronavirus diaqnozu qoyulmuş xəstələr arasındakı əlaqələri müəyyən etməyə imkan verir. Bu tətbiq sahibinə ən qısa müddətdə yoluxmuş bir şəxslə təmaslar haqqında xəbərdarlıqlar və təzə məlumatlar almağa və bununla da özlərini təcrid etmək və sevdiklərini qorumaq üçün tədbirlər görməyə imkan verən texnoloji vasitədir.

Sabit bir ünsiyyət vəziyyətində tətbiq hətta yoluxmuş şəxslə üz-üzə gəldiyiniz yer və zaman haqqında məlumat verir.

Tətbiq mexanizmi belədir: Tətbiq telefonunuzdan götürdüyünüz yer barədə məlumatları saxlayır və Səhiyyə Nazirliyinin epidemioloji araşdırması zamanı əldə edilmiş diaqnoz qoyulmuş xəstələrin son günlərdə vaxt keçirdikləri ərazilərlə müqayisə edir. Səhiyyə Nazirliyinin məlumatları daim yenilənir və tətbiq vasitəsilə telefonunuza göndərilir. Sonra isə telefonunuzda marşrutlarınız diaqnoz qoyulan xəstələrin yolları ilə müqayisə olunur. Əgər hər hansı bir kəsişmə müşahidə olunarsa, sizə Səhiyyə Nazirliyinin məlumatlarına daxil olmaq üçün keçid göndərilir. Bu keçiddə isə hansı addımlar atmalı olduğunuzu və ev karantininin başlanğıcı barədə məlumatlar verilir.

Tətbiq pulsuzdur.

Tarix
2020.03.24 / 12:35
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Korona ilə bağlı yeni fakt: yatır və oyanmırlar...

Merkel buna məcbur qaldı: Aprelin 19-dək...

Ukraynadan korona ilə bağlı son rəqəm

Baltikyanı ölkədə koronaya yoluxanların sayı artdı

Səudiyyə OPEK+ üzvlərinin təcili iclasını çağırdı

Məkkə və Mədinədə komendant saatı elan edildi

Ermənistanda koronadan ölənlərin sayı 7-yə çatdı

Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə... - Dəhşətli statistika

Gürcüstanda son vəziyyət: Daha 3 nəfər...

İspaniyada həyəcan: İşsizlərin sayında kəskin artım

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla