Yuxarı

Qəzzafi: “11 Sentyabr təkrarlanacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzafi: “11 Sentyabr təkrarlanacaq”

Əhməd Qəzzafi İngiltərənin "Daily Mail" qəzetinə müsahibə verib.

Axar.az Türkiyə mediasına istinadən yazır ki, Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin əmisi oğlu olan Əhməd Qəzzafi əl-Dam 2011-ci ildən bəri Misirin Qahirə şəhərində yaşayır. Ə.Qəzzafi Liviyadan Avropaya mühacirət edənlərə diqqət çəkərək köçənlərin arasında çoxlu terrorçu olduğunu söyləyib. O, "hər min nəfərdən 50 nəfəri terroçudur," - deyə bildirib.

Liviyanı tərk edən "cihadçı"ların getdikləri Avropa ölkələrində hücumlar həyata keçirəcəyini vurğulayan Qəzzafi miqrantların sayının yarım milyona yaxınlaşdığını deyib:

"Terrorçular Avropaya köç edir. Bir və ya iki ilə başqa bir "11 Sentyabr" hadisəsi baş verəcək".

İŞİD-in son həftələrdə Liviyada möhkəmlədiyini qeyd edən Qəzzafi terror təşkilatının 6 min barreldən çox urana sahib olduğunu və bu uranı sataraq böyük məbləğlərdə qazanc əldə etdiyini irəli sürüb.

Tarix
2015.03.04 / 20:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla