Yuxarı

ABŞ koronada Çini də keçdi: ən çox ölüm isə... - Son məlumat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ koronada Çini də keçdi: ən çox ölüm isə... - Son məlumat

2020.03.26. 12:34

Dünya üzrə koronavirusa yoluxma halı 525 min 605-ə çatıb.

Axar.az xəbər verir ki, ən son məlumata görə, yoluxanlardan 123 min 329 nəfər sağalıb, 23.711 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxmanın baş verdiyi "ilk beşlik" dəyişib. Belə ki, ABŞ-da bugünkü yoluxmada baş verən kəskin artımla (13.785) ümumi yoluxanların sayı 81.996-ya çatıb və Çini (81.285) üstələyib.

İtaliya 80.589 yoluxma ilə 3-cü, İspaniya 56.347 yoluxma ilə 4-cü, Almaniya 43.646 yoluxma ilə beşinci yerdədir.

Bu gün koronadan ən çox ölüm İtaliyada olub - 712 nəfər. Ümumilikdə isə İtaliya bu virusdan ən çox itki verən ölkədir (8.215).

Ən çox ölüm halı ilə ikinci yerdə İspaniya (gün ərzində 507, ümumi 4.154), 3-cü yerdə Çin (son sutkada 6, ümumi 3.287), 4-cü yerdə İran (son sutkada 157, ümumilikdə 2.234), 5-ci yerdə Fransadır (son sutkada 365, ümumi 1.696) .

ABŞ-da bu gün koronavirusdan ölənlərin sayı 150 nəfər olub (ümumilikdə bu virus ABŞ-da 1.177 nəfərin həyatına son qoyub).

Tarix
2020.03.27 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla