Yuxarı

İran: “ABŞ Hörmüz boğazının bağlanmasına səbəb olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran: “ABŞ Hörmüz boğazının bağlanmasına səbəb olacaq”

"ABŞ daima Fars körfəzində gərginlik yaradır və hazırda da bu belədir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanı, general Əli Fədəvi çıxış edib. O, ABŞ-ı regionun məsələlərinə müdaxilə etməməyə çağırıb:

"Hörmüz boğazının bizim və regionun bütün müsəlman ölkələri üçün açıq qalmasına zəmanət verə biləcək qədər gücə malikik. Fars Körfəzinin açıq qalması bütün dünyanın enerji təhlükəsizliyini təmin edir. ABŞ daima Fars Körfəzində gərginlik yaradır və hazırda da bu belədir. Əlbəttə, yalnız Fars Körfəzində deyil, Əfqanıstan, Fələstin, Suriya və dünyanın hər bir nöqtəsində böhran və gərginlik varsa, deməli, ABŞ-ın orada əli var. Amerikalılar Hörmüz boğazının bağlanmasına səbəb olacaqlar. Bu, ABŞ-ın regiona müdaxilə etməsinə görə baş verəcək. Onlar region məsələlərinə müdaxilə etməməlidirlər. Əgər bu baş verərsə, Hörmüz boğazında gərginlik yaranacaq. Şübhəsiz, bizim və region ölkələrinin maraqlarını nəzərə alaraq Hörmüz boğazının bizim və region ölkələri üçün açıq qalmasını istəyirik".

Tarix
2015.03.04 / 22:45
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla