Yuxarı

ABŞ İrana qarşı tibbi terrorizm tətbiq edir – Zərif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus şəraitində ABŞ-ın tətbiq etdiyi sanksiyalar tibbi terrorizmdir.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, İran güclü səhiyyə sisteminə sahibdir:

"Amma ABŞ-ın İranın maliyyə mənbələrini qanunsuz blokada altına alması tibbi qurğular və dərmanlara çatmaq imkanlarımızı yox edir. Bu, humanitar fəlakətə gətirib çıxarır. İran zəngin faydalı qazıntılar, o cümlədən neft və qaz ehtiyatlarına sahib ölkə olsa da, Amerika sanksiyaları ucbatından maliyyə mənbələrindən məhrumdur. Antiiran sanksiyaları İran hakimiyyətinin tibbi qurğular və dərmanlar almaq imkanlarını məhdudlaşdırır. Bank və maliyyə sektorlarına məhdudiyyətlər İranın humanitar məqsədlər üçün mal alışına zərbə vurur. Avropa şirkətləri ABŞ təhdidləri ucbatından İrana tibbi mallar satmırlar. ABŞ bununla İrana qarşı iqtisadi və tibbi terrorizm tətbiq edir”.

Tarix
2020.03.30 / 12:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla