Yuxarı

Almaniyadan heyrətamiz: nələr qadağan edildi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyadan heyrətamiz: nələr qadağan edildi?

2020.04.01. 17:48

Hazırda koronavirusun geniş yayıldığı Avropada dünyanın ən inkişaf etmiş ölkələrindən olan Almaniyanın tətbiq etdiyi qaydalar daha çox diqqət çəkir.

Axar.az xəbər verir ki, Azərbaycanda olduğu kimi, Almaniyada da supermarket və apteklərdən başqa bütün obyektlər bağlıdır. Almaniyada istənilən supermarketə girərkən, hətta bir çörək alsanız belə, ərzaq səbəti götürməyiniz mütləqdir. Bununla alıcılar məcburən bir-biri ilə aralarında məsafə saxlamalı olurlar. Yalnız bir nəfər marketə daxil ola bilər. Arabanı və əlləri xüsusi dezinfeksiya məhlulları ilə təmizləmək tələb edilir.

Nağd pul istifadəsi xüsusi əlcək və ya konvertlər vasitəsi ilə aparılır. Kartlardan istifadə tövsiyə edilir. Kassalarda satıcı ilə müştəri arasında xüsusi şüşə qoruyucu yerləşdirilib. İki nəfərdən (mütləq şəkildə ailə üzvü və ya bir evdə yaşayan olmalıdır) artıq şəxsin evdən çıxması qadağandır. Evdə hər hansı parti, əyləncə etmək qadağandır. Polis bu hal ilə rastlaşarsa, qanunla 25.000 avro cərimə etmək hüququna malikdir.

İşə gedən hər kəsə polisə təqdim etməsi üçün arayış verilib. Həmçinin evdən çıxan hər kəsin özü ilə şəxsiyyət vəsiqəsi götürməsi tələb edilir.

Hazırda Almaniyada yalnız individual idmanla (velosiped sürmək daxil) məşğul olmağa icazə verilir.

Sakinlərin yaşadıqları şəhəri heç bir əsas olmadan tərk etməsi qadağandır. Hökumətin qərarına əsasən, aylıq 9.500 avrodan başlayaraq hər bir fiziki və hüquqi sahibkara yardım edilir.

Ev sahibinin kirayənişini evdən çıxarmaq hüququ müvəqqəti olaraq qadağan edilib. İmkansız şəxslərin kirayə pulları aylıq olaraq dövlət tərəfindən ödənilir.

Yaşlı nənə və babaları ziyarət etmək qadağandır.

Tarix
2020.04.02 / 00:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla