Yuxarı

Korona AB-ni parçalayır: “İteksit” başlayır? – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Avropa Birliyinə koronavirusla mübarizəyə görə dəfələrlə müraciət edib, lakin müsbət cavab gəlməyib. Bu səbəbdən ölkədə AB bayraqlarının endirilməsi quruma ciddi bir mesajdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu İtaliyada Avropa Birliyinə etiraz olaraq təşkilatın bayraqlarının endirilməsini şərh edərkən deyib. O bildirib ki, koronavirus pandemiyası ölkələrarası münasibətlərə ciddi təsir edir:

“İngiltərənin AB-dən çıxması ittifaqdaxili parçalanmanın davam edəcəyinin xəbərçisi idi. İttifaq ölkələrinin maraqlarının üst-üstə düşməməsi uzun müddətdir ki, müşahidə olunur. Bununla yanaşı koronavirus pandemiyası da bu gün ən çox Avropa Birliyi ölkələrində hiss edilir. Xüsusilə İtaliya pandemiyanın fəsadlarının ən ağır yaşandığı ölkədir. Faktiki olaraq İtaliya virusla mübarizədə acizdir. Bu səbəbdən dəfələrlə AB-dən yardım tələb edib, lakin nəticəsiz qalıb".

Politoloq İtaliyanın İngiltərə kimi AB-dən çıxacağını düşünmədiyini deyib:

“Lakin bunun olacağını da istisna etmək olmaz. İtaliyanın ölkə ərazisində Avropa Birliyinin bayraqlarını endirməsi bunun bariz nümunəsidir. İtaliya təşkilatdan lazımi dəstək ala bilməyəcəksə, çətin anında tək qalacaqsa, AB olmadan da yoluna davam edə bilər”.

Tarix
2020.04.02 / 15:33
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla