Yuxarı

Rusiyadan neft açıqlaması: Saziş gündəmdə deyil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan neft açıqlaması: Saziş gündəmdə deyil

Rusiya və ABŞ prezidentləri son telefon danışığı zamanı dünya bazarında neftin qiymətini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, hər iki lider neftin dünya bazarındakı qiymətindən məmnun deyil: “Bu mövzuda beynəlxalq səviyyədə təmaslar davam etdirilir”.

D.Peskov eyni zamanda qeyd edib ki, Vladimir Putinin proqramında Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüş yoxdur:

“Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) ilə sona çatan neft hasilatının azaldılmasına dair razılaşmanın əvəzinə yeni bir saziş gündəmdə deyil”.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Tramp Rusiya və Ərəbistan liderləri ilə birgə üçlü görüşü istisna etməmiş və neft qiymətlərinin qaldırılması ilə bağlı müzakirə aparacaqlarını vurğulamışdı.

Tarix
2020.04.02 / 18:38
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla