Yuxarı

Gürcüstanda aclıq başlaya bilər - Mikautadze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda aclıq başlaya bilər - Mikautadze

Gürcüstan hökuməti ölkənin buğda ununa olan tələbatını ödəmək üçün təcili olaraq yeni xarici bazar tapmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri “Gürcüstan üçün Lelo” siyasi birliyin liderlərindən biri Mikautadze deyib.

Onun fikrincə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.

Siyasətçinin sözlərinə görə, Gürcüstan ən çox Rusiyadan buğda alır. Rusiya da koronavirusa görə buğda ixracını məhdudlaşdırmağı planlaşdırır.

“COVID-19 virusuna görə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi buğda ixracını 7 milyon tonadək azaltmaq niyyətindədir. Gürcüstan 2019-cu ildə Rusiyadan 90 milyon ABŞ dolları dəyərində 430 min ton taxıl alıb. Bu da Gürcüstanın ümumi taxıl idxalının 87 faizini təşkil edib”, - deyə Mikautadze vurğulayıb.

O deyib ki, koronavirusun yaratdığı problem ilk növbədə ərzaq təhlükəsizliyini irəli çəkib. Ona görə də Gürcüstan hökuməti bu məsələyə xüsusi diqqət yetirməlidir.

Rəsmi statistikaya görə, son illər Gürcüstanda taxıl əkini son 10 ildə ən aşağı həddə düşüb. Sahələrdən toplanan taxıl ehtiyacların cəmi 15 faizini təşkil edir, məhsulun qalan 85 faizi isə xaricdən idxal olunur.

Tarix
2020.04.03 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla