Yuxarı

ABŞ-da Gülənə qarşı iki basqın - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da Gülənə qarşı iki basqın - Video

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) Fətullah Gülən ilə əlaqəsi olduğu iddia edilən məktəblərə basqın təşkil edib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, FTB agentləri Luiziana ştatında yerləşən bir məktəbdə axtarış apararaq bəzi sənədləri götürüb, araşdırma Texas əyalətində yerləşən digər bir məktəbdə də aparılıb. FTB əməliyyatın səbəbini açıqlamasa da, mətbuatda məktəb işçilərinin maaşlarının bir hissəsini Gülən camaatına köçürməsi ilə əlaqədar ola biləcəyi açıqlanıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın bir çox əyalətlərində yerləşən dövlətdən maliyyələşən "pilot" tipli məktəblərin Gülən hərəkatı ilə əlaqəsi olduğu bu günə qədər rəsmi olaraq təsdiq edilməyib. ABŞ-da "pilot" məktəblər dövlətdən pul alır, ancaq yüksək səlahiyyətli təşkilatlarla razılaşma çərçivəsində qalmaq şərtilə özlərinə xas bir dərs proqramı tətbiq edə bilirlər. Bu məktəblər valideynlər, müəllimlər, universitetlər, ya da dərnəklər tərəfindən qurula bilər. Məktəblər adətən texniki, ya da humanitar təmayüllü olur.

Mətbuatda yayılan xəbərlərə görə, ilk basqın 11 dekabr tarixində Luiziana ştatında Beton Ruqda olan Kenilvors Elm və Texnologiya məktəbinə edilib. FTB agentlərinin kampusdan çoxlu qutu çıxardığı görünüb. "Taymz-Pikayun" qəzeti, haqqında danışılan məktəbi idarə edən Oelisan Təhsil Vəqfinin Gülən camaatı (nurçu) ilə əlaqəli olduğunu yazıb.

Əməliyyat həftə sonunda Texas ştatında da həyata keçirilib. Hyuston şəhərindəki əyalətin ən böyük "pilot" məktəbləri olan Harmoni Dövlət Məktəblərinin Luizianadakı Kenilvors Elm və Texnologiya Məktəbi ilə əlaqəsi olduğuna görə araşdırma başladılıb.

FTB-nin 2011-ci ilə, haqqında danışılan məktəblərin işçilərinin maaşlarının bir hissəsini Gülən camaatına köçürdüyü istiqamətində istintaq başlatdığı bildirilib.

Tarix
2013.12.19 / 12:35
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla