Yuxarı

Erməni qrupundan şok bəyanat: Ölümlər gizlədilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni qrupundan şok bəyanat: Ölümlər gizlədilir

“COVİD-10 Ermənistan” qrupu Ermənistanda koronavirusla bağlı vəziyyətə dair növbəti müraciət yayıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, qrup fövqəladə vəziyyət rejimini nəzarə alaraq, bəzi faktların dəqiqləşdirilməsi üçün müraciət etdiklərini, lakin rəsmi qurumların faktları gizlətdiyini açıqlayıb.

Qrup əsasən hakimiyyətin gizlətməyə çalışdığı iki fakta diqqət çəkib: Birincisi, ikiaylıq körpənin koronavirusa yoluxması. Belə ki, bu faktı Səhiyyə Nazirliyi ciddi şəkildə təkzib etməyə çalışıb, yalnız məlumatlar ictimailəşəndən sonra etiraf etmək məcburiyyətində qalıb.

İkinci fakt isə Alapars kəndindəki 59 yaşlı M.Q. adlı qadınla bağlıdır. Rəsmi məlumatda qadının infarktdan öldüyü bildirilmişdi. Daha sonra isə ölən qadının əri və oğlunun koronavirusla bağlı test nəticələri pozitiv çıxdı.

“Buna baxmayaraq, qadının ölüm səbəbi kimi yenə də koronavirus pandemiyası göstərilmədi. Buna görə də hesab edirik ki, Ermənistan hökuməti koronavirusdan ölüm faktlarını ciddi şəkildə gizlədir”, - müraciətdə bildirilib.

Tarix
2020.04.08 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla