Yuxarı

Fransada növbəti pandemiya dalğası: Təhlükə davam edir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada COVİD-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb. Xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb.

Axar.az xəbər verir ki, ölkədə COVİD-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Bu gün xəstəxanalarda 30 min 375 COVİD-19 daşıyıcısı var ki, onlardan 7048-i reanimasiya şöbələrindədir.

Bildirilib ki, 21 mindən çox COVİD-19 xəstəsi sağalıb.

Fransanın Atlantik okeanında olan “Şarl de Qoll” məşhur təyyarədaşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək.

COVİD-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə “qara cümə axşamına hazırlaşırıq” deyə qarşıdan gələn günün çətin olacağını bildirib.

Fransada aprelin 15-dək uzadılan təcridolma rejiminin müddətinin artırılacağı gözlənilir. Aprelin 9-da Prezident Emmanuel Makron televiziya ilə xalqa müraciət edərək COVİD-19 epidemiyası və onunla bağlı tətbiq edilən karantin rejiminin müddəti haqqında danışacaq. Bu COVİD-19 epidemiyası başlayandan Fransa Prezidentinin xalqa 3-cü müraciəti olacaq.

Tarix
2020.04.09 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla