Yuxarı

Yol polisinin maşını qəzaya düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisinin maşını qəzaya düşdü

İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Apa-nın xəbərinə görə , hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KİA Sorento" markalı minik avtomobili qarşı tərəfdən gələn, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına məxsus 10-YP-695 dövlət nömrə nişanlı BMW markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı BMW avtomobilində olan yol polisi əməkdaşları-Göyçay rayon sakinləri — 1967-ci il təvəllüdlü Mahmud Musayev və 1987-ci il təvəllüdlü Vüsal Bialıyev, eləcə də "KİA Sorento" markalı minik maşınında olan Masallı rayon sakinləri — 1991-ci il təvəllüdlü Eldar Əbülfəzli, 1991-ci il təvəllüdlü Məhəmməd Hüseynli və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Xəsarət alanlardan ikisi daha sonra müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix
2015.03.09 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla