Yuxarı

Makrondan Şengenlə bağlı bəd xəbər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makrondan Şengenlə bağlı bəd xəbər

Avropa Birliyinin Şengen zonası koronavirusun yayılması səbəbindən öz sərhədlərini sentyabra qədər qapalı saxlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

“Forbes” jurnalının yaydığı məlumata əsasən, Fransa dövlət başçısı bu bəyanını ticarət ittifaqlarının nümayəndlərinin iştirkaı ilə keçirilən videokonfransda səsləndirib. E.Makron həmin məsələnin Şengen zonasına daxil olan bütün ölkələr tərəfindən dəstəkləndiyinə işarə vurub.

Fransa lideri sərhədlərin qapanmasına səbəb olaraq pandemiyanın müxtəlif dövlətlərdə qeyri-bərabər şəkildə yayılmasını və “eyni vaxtda bütün bölgələrə təsir etməməsini” göstərib.

Onun sözlərinə görə, Avropa özünü yüksək risk daşıyan dövlətlərdən gələn səyahətçilərdən qorumalıdır.

E.Makron buna nümunə olaraq ABŞ-ı göstərərək, rəsmi Vaşinqtonun digər dövlətlərlə müqayisədə anti-böhran tədbitlərinə gec başladığını və buna görə burada pandemiyanın hələ zirvə nöqtəsinə çatmadığını deyib.

Fransa prezidenti hələ Afrikada COVİD-19-un yayılması ilə bağlı qeyri-bərabər situasiyanın yarandığını, Asiyada isə ikinci dalğanın gözlənildiyini sözlərinə əlavə edib.

Tarix
2020.04.11 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla