Yuxarı

Şou çəkilişində iki vertolyot toqquşdu: 10 ölü – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şou çəkilişində iki vertolyot toqquşdu: 10 ölü – Foto

Argentinanın paytaxtı Buenos Ayresin 1170 kilometr şimal-qərbindəki La Rioja vilayətində yerləşən Villa Kastelli bölgəsində Fransız TF1 kanalının "Sağ qalma" proqramı "Dropped"in çəkilişləri vaxtı iki vertolyot toqquşub.

Axar.az xəbər verir ki, iki vertolyotun toqquşması nəticəsində üçü fransız idmançı olmaqla 10 nəfər həlak olub. Ümumilikdə 8 fransız vətəndaşı ilə 2 argentinalı pilot həlak olub.

Ölən fransızlar arasında peşəkar üzgüçü Florens Arthod, olimpiya üzgüçüsü Kemil Muffat və olimpiya boksçusu Aleksis Vestin də var. Kemil Muffat 2012-ci il London Olimpiadalarında 3 medal qazanıb. Aleksis Vestin də 2008-ci il Pekin Olimpiada Oyunlarında bürünc medal sahibi olub.

Qəzanın baş verdiyi vaxt bölgədə havanın yaxşı olduğunu bildirən səlahiyyətli şəxslər bir partlayış səsi eşidildiyini, vertolyotların havada toqquşduğunu və yerə çırpıldığını bildirib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Tarix
2015.03.10 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla