Yuxarı

Kadırov Moskva mediasını təxribatçı adlandırdı – Qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov Moskva mediasını təxribatçı adlandırdı – Qalmaqal

Çeçenistan rəhbəri Ramzan Kadırov “Novaya qazeta”nı təxribatçılıqda ittiham edib.

Axar.az xəbər verir ki, o, bu haqda öz Teleqram kanalında yazıb.

“Niyə bizim suverenliyimizin təməl sütunlarından biri olan Federal Təhlükəsizlik Xidməti (FSB) “söz azadlığı” arxasında gizlənən, yalançı miflər yaradaraq mənim xalqımı cinayətkar, azadlıqları boğan və orta əsrlərdən qalma savadsız kimi göstəməyə çalışan xaricə işləyən agentlərin fəaliyyətinə göz yumur?” – o qeyd edib.

Kadırov həmçinin belə bir antirusiya nəşrinin “Qazprom” tərəfindən maliyyələşdirildiyinə heyrətləndiyini bildirib.

Daha sonra hisslərə qapıldığından “Novaya qazeta”nı dövlət korporasiyasından maliyyələşən “Exo Moskva” ilə səhv salıb. "Ümid edirəm ki, məni başa düşürsünüz, çünki bu iki nəşr arasında heç bir fərq görmürəm – mənim xalqım və respublikam haqda cəfəngiyyat danışırlar! İstənilən halda hər iki nəşrin maliyyələşməsi xaricdən həyata keçirilir”, – Çeçenistan lideri bildirib.

Kadırovun sözlərinə görə, xüsusi xidmət orqanları Rusiya ərazisində "potensial təxribatçıları" maliyyələşdirənləri izləməlidir.

“Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun sözlərinə görə, Kadırovun narazılığına səbəb respublikanın bir sıra ərazilərində xəstəxanaların karantin üçün bağlandığı bir zamanda həkimlərdə maska və fərdi qoruyucu vasitələrin çatışmadığı haqda verilən yazı olub. Nəşr, həmçinin aprelin əvvəlində COVID-19 hallarının artmasının qeydə alındığı Noviye Atagidə cənazə mərasimində iştirak edənlərin koronavirus üçün sınaqdan keçirilmədiyini iddia edib.

“Dünən Çeçenistan hökumətinin bir nümayəndəsi ilə söhbət etdim. Açıqca dedim: hər hansı bir fikir ayrılığınız varsa və ya müəlliflərimizin mətnində təkzib etmək istədiyiniz bir şey varsa, bizə təqdim edin. Verdiyiniz mətni redaktə etmədən, olduğu kimi dərc etməyə hazırıq. Çünki sizin bu yazılara cavab vermək hüququnuz var. Təəssüf ki, bizə cavab verən olmadı”, – deyə Muratov “RİA Novosti”yə bildirib.

Çeçenistan Səhiyyə Nazirliyinin məlumatına görə, respublikada rəsmi olaraq təsdiqlənmiş 49 koronavirus xəstəsi qeydə alınıb, 5 nəfər ölüb. Xəstələrin sayı 11 apreldə kəskin şəkildə artaraq 22 nəfərdən 48 nəfərə yüksəlib.

Səlahiyyətlilər xəstəliyin belə sürətlə yayılmasını Novıye Atagidəki cənazə mərasimində kütləvi iştirak ilə əlaqələndirirlər.

Tarix
2020.04.13 / 23:40
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla