Yuxarı

Zurabvişvili Ərdoğanla koronanı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabvişvili Ərdoğanla koronanı müzakirə etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Administrasiyası məlumat yayıb.

Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı koronavirusun yaratdığı problemlər, bununla əlaqədar son vəziyyət diqqət mərkəzində olub.

Salome Zurabişvili Gürcüstan vətəndaşlarının vətənə qayıtmalarına göstərilən dəstəyə görə Türkiyə Prezidentinə minnətdarlıq edib.

Söhbət zamanı böhran və böhrandan sonrakı vəziyyətdə ticarət, nəqliyyat dəhlizləri, həmçinin nəqliyyat şəbəkəsi və Bakı-Tiflis-Qars dəmir yolu xəttinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tarix
2020.04.16 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla