Yuxarı

Rusiyadakı azərbaycanlıların diqqətinə: 5 gün ərzində...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadakı azərbaycanlıların diqqətinə: 5 gün ərzində...

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portalı yaradılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə kömək göstəriləcək.

Bu il aprelin 18-dən başlayan qeydiyyat aprelin 23-də Moskva vaxtı ilə saat 00:00-dək davam edəcək.

Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin edilməsi istiqamətində işlər tənzimlənəcək.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd-keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yaradılan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantinə yerləşdiriləcək.

Tarix
2020.04.19 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla