Yuxarı

İŞİD liderinin yeri ifşa edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq mətbuatı İŞİD lideri Əbu İbrahim Qüreyşinin gizləndiyi yeri ifşa edib.

Axar.az xəbər verir ki, “Əl Sumariyə” telekanalına açıqlama verən Təhlükəsizlik Xidmətindəki mənbə Qüreyşinin İraqda gizlənməsi ilə bağlı dəqiq sübutların olduğunu deyib.

“İŞİD rəhbərliyindəki çox az sayda insan onun necə göründüyünü bilir. ABŞ-İraq mütəxəssisləri birgə olaraq fevraldan bu yana Əbubəkir Bağdadi öldükdən sonra İŞİD-in yeni liderinin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün işlər aparır. Qüreyşinin şəxsiyyətini müəyyənləşdirmək üçün əvvəlki səylər isə uğursuz nəticələnib”, - o deyib.

Mənbə qeyd edib ki, İŞİD məğlub olduqdan sonra dağılan qruplar yenidən əlaqə yaradıb:

“Son bir ayda bir neçə hücum da təşkil ediblər. Hücumlar vaxt və hədəf seçimində yaxşı təşkil edilsə də, genişmiqyaslı olmayıb. Hazırda İraq təhlükəsizlik qüvvələri başda Səlahəddin və Kərkük bölgələri olmaqla, terrorçuların qərargah və sığınacaqlarında axtarışlar aparır”.

Tarix
2020.04.21 / 14:14
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla