Yuxarı

Əsəd generalından şok: “Kimyəvi silahlar İrandan gəlir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd generalından şok: “Kimyəvi silahlar İrandan gəlir”

"Əsədə kimyəvi silahlar İran Hizbullah vasitəsilə gətirilir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Suriya Prezidenti Bəşər Əsədin keçmiş kimyəvi silah şefi general Zahir Sakat çıxış edib.

O bu silahların onların əlinə keçəcəyi təqdirdə İran və Hizbullahı vuracaqlarını bildirib:

"Suriya xalqına qarşı kimyəvi silahlarla hücumlar dayandırılmalıdır. Kimyəvi silahların içində olan xlorin maddəsi İranda istehsal edilir. İran Hizbullah vasitəsilə onu Suriyaya göndərir. Bu, mütləq dayanmalıdır. Yaxın Şərqdə bu cür silahları istehsal edən tək dövlət İrandır. Bu silahlar əlimizdə olsaydı, mütləq İran və Hizbullahı vurardıq, amma onlar təəssüf ki, hər zaman müxalifətin olduğu bölgələrə atılır".

Qeyd edək ki, general Zahir Sakat hazırda Əsədin əleyhinə döyüşən Hələb İnqilab Qüvvələrinin tərkibində yer alır.

Tarix
2015.03.12 / 13:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla