Yuxarı

Çin koronaya görə xaricə 55 milyard göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin pandemiya ilə mübarizədə istifadə olunmaq üçün aprelin əvvəlindən bəri xaricə 55 milyard yuan (7,9 milyard ABŞ dolları) dəyərində tibbi avadanlıq və ləvazimat ixrac edib.

Axar.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası məlumat yayıb. İxrac olunan tibbi vasitələrə 21,1 milyard qoruyucu maska, bir milyarddan çox geyim, 32,94 milyon eynək, 9,29 milyon termal kamera, 763 milyon cüt əlcək və s. daxildir. Aprelin əvvəlində gündəlik ixrac 286 milyon dollar idisə, son günlər bu rəqəm 357 milyon dollara çatıb.

Qeyd edək ki, dekabrın son günlərində Çinin Uhan şəhərində aşkarlanan yeni növ koronavirus (COVID-19) əvvəlcə Çində, sonra isə digər ölkələrdə sürətlə yayılaraq pandemiyaya çevrilib. Bu da öz növbəsində dünyada tibbi ləvazimata və avadanlığa ehtiyacı kəskin artırıb.

Tarix
2020.04.26 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla