Yuxarı

Bu savaşın nəticələrinə yenidən baxmaq... - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu savaşın nəticələrinə yenidən baxmaq... - Lavrov

Rusiya Xarici İşlər Nazirliyi və digər idarələr bütün lazımi addımları atırlar ki, II Dünya savaşının nəticələrinin yenidən nəzərdən keçirilməsinə imkan verməsinlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O, bu mövqeyi Rusiya ilə bərabər dünya ictimaiyyətnin böyük əksəriyyətinin dəstəklədiyini bildirib:

“Faşizm üzərində qələbədə həlledici rolu SSRİ-nin bütün xalqları oynayıb. Bu epoxal hadisənin bütün insanlıq üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Bu gün biz vacib olan hər şeyi etməliyik ki, gənclik milli eqoizmin, istənilən cür şovinizm və ksenofobiyanın nəyə gətirib çıxardığını unutmasın. Təəssüf ki, biz tarixin yenidən yazılması cəhdləri ilə toqquşmağa davam edirik. Bizim nazirlik və digər idarələr lazım olan hər şeyi edirlər ki, bu destruktiv fikirlərə müqavimət göstərsinlər və II Dünya savaşının beynəlxalq hüquqi nəticələrini, o cümlədən Nürnberq tribunalının nəticələrini yenidən nəzərdən keçirməyə imkan verməsinlər. Dünya ictimaiyyətinin əksəriyyəti bu mövqedədir”, – deyə o bildirib.

Tarix
2020.04.27 / 19:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla