Yuxarı

Kim Çenin inanılmaz qida rasionu: Hər gecə şərab...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kim Çenin inanılmaz qida rasionu:

Şimali Koreya lideri Kim Çen İnin keçmiş baş aşpazı Kendzi Fudzimoto siyasətçinin qidalanmada nəyə üstünlük verdiyini açıqlayıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, aşpazın sözlərinə görə, 2015-ci ildə Kim Çen İn hər axşam biri 175 funt sterlinq dəyərində iki şüşə “Cristal” şampanı içir və “Emmental” pendiri ilə bahalı Kobe steykini (yapon qara öküzlərindən alınan yüksək keyfiyyətli mal əti) yeyirdi.

Üstəlik, o, fua-qra və “Vaqyu” adlandırılan yüksək kalorili mal ətindən də imtina etmirdi. Bu yeməklərin bir porsiyasının qiyməti 240 funt sterlinqə çatırdı. Fudzimoto Şimali Koreya liderinin köpək balığından hazırlanan delikates şorbaların pərəstişkarı olduğunu da bildirib. Keçmiş baş aşpaz qeyd edib ki, məhz bunların sayəsində Kim Çen İnin çəkisi 127 kiloqramadək artıb.

Məlumdur ki, 36 yaşlı Kim Çen artıq çəki ilə yanaşı piylənmədən də əziyyət çəkir. Güman edilir ki, onun iştahının güclü olması və pəhrizə diqqət yetirməməsi aprelin 12-də ürək əməliyyatı keçirməsinin səbəbi olub.

Aprel ayında həkimlər ona koronavirus infeksiyası riskini azaltmaq üçün arıqlamağı məsləhət görüblər.

Milli Audit və İntensiv Terapiya Milli Mərkəzinin (ICNARC) statistikasına görə, İngiltərədə COVID-19 diaqnozu qoyulan xəstələrin dörddə biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkib. Endokrinologiya üzrə professor Rob Endryusun sözlərinə görə, çəki artması zamanı insanın ağciyərlərində havalandırma pisləşir və bu da bir sıra xəstəliklərə yol açır.

Tarix
2020.04.28 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla