Yuxarı

Trampdan Salmana təcili zəng - Şərt qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK+ ölkələri neft hasilatını azaltmasa, ABŞ həmin ölkələrdən biri olan Səudiyyə Ərəbistanından öz hərbi qüvvələrini çıxartmalı olacaq.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp aprelin 2-də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla telefon söhbəti zamanı bildirmişdi.

Mənbələrin dediyinə görə, bu sözlərdən məyus olan vəliəhd hətta köməkçilərindən otağı tərk etmələrini istəyib. Belə ki, neft hasilatı azaldılmasa, Konqresin Səudiyyə Ərəbistanına qarşı ABŞ qüvvələrinin çıxarılmasına da gətirib çıxara biləcək məhdudiyyətlər tətbiq etməsinə Ağ Evin mane ola bilməyəcəyi diqqətə çatdırılmışdı.

Mart ayının sonunda respublikaçı senatorlar - Kevin Kramer və Dan Sallivan Səudiyyə Ərəbistanının neft sənayesi ilə bağlı addımlarına görə bu ölkəyə hərbi yardımları dayandırmaqla ABŞ qüvvələrinin oradan çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etmişdilər.

Dünən isə D.Tramp Səudiyyə Ərəbistanı qarşısında, doğrudan da, belə şərt qoyub-qoymadığı barədə "Röyter"in sualına “belə sözlər deməməliydim” şəklində cavab verib. Çünki onun dediyinə görə, Məhəmməd bin Salman neftin ucuz olması səbəbindən problemlərin ortaya çıxdığını başa düşür.

Xatırladaq ki, aprelin 12-də OPEK+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəldilər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.

Tarix
2020.04.30 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla