Yuxarı

Güc strukturları hazır vəziyyətə gətirilir - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güc strukturları hazır vəziyyətə gətirilir - Səbəb

"Son zamanlar Türkiyə-Suriya gərginliyi Yaxın Şərqin ən çox diqqət mərkəzində olan mövzulardan biridir".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu Türkiyədə bu il baş tutacaq seçki öncəsi Suriyanın bu ölkədə qarışıqlıq yaradacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirərkən deyib.

Sözügedən iddialarla bağlı məsələni şərh edən analitik bunun istisna olmayacağını da diqqətə çatdırıb:

"Bəli, bunu istisna etmək olmaz. Ümumiyyətlə nəzərə alsaq ki, AKP hökuməti Əsəd rejiminin getməsində maraqlı olduğunu dəfələrlə bəyan edib. Hətta müxalifətə açıq şəkildə dəstək də verilib. Belə olan təqdirdə Əsədin bu cür addımla Türkiyənin daxilini qarışdırmağa cəhd göstərəcəyini istisna etmək olmaz. Onsuz da son "Şah Fırat" əməliyyatı ilə hər iki ölkənin münasibətlərində ciddi gərginlik müşahidə edildi. Amma önəmli bir nüansı da qeyd etmək lazımdır. Suriya buna gedərmi? Məsələ burasındadır ki, Əsəd rejimi hazırkı vəziyyətdə bu qədər ehtiyatsız tərpənməklə açıq müstəvidə qarşıdurmaya getməz".

Xatırladaq ki, Türkiyə kəşfiyyatı Əsəd rejiminin bu il iyunda baş tutacaq seçkilərə maneə olmaq və Türkiyədə xaos yaratmaq üçün xüsusi planlar hazırlamasına dair məlumat yayıb və Türkiyənin güc strukturları artıq Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək istiqamətində addımlar atıb.

Tarix
2015.03.14 / 22:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla