Yuxarı

Putinin alman dostu: Krım qayıtmayacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın keçmiş kansleri Herhard Şröder Avropa Birliyini Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.

Axar.az xəbər verir ki, Şröder bunu “Tagesspiegel” nəşrinə müsahibəsində deyib.

İkinci Dünya müharibəsini xatırladan Şröder qeyd edib ki, Rusiyanın ağır keçmişə baxmayaraq, Almaniya ilə inam ruhunda əməkdaşlığa hazır olmasını qiymətləndirməmək olmaz:

“İndi bizim Rusiyaya qarşı sanksiyaları dəstəkləməyimiz bununla ziddiyyət təşkil edir. Birincisi, bu, Rusiyada tarixi yaddaşı oyadır. İkincisi də Rusiyanın siyasətini dəyişmir. Koronavirusla mübarizə apardığımız zamanda böyük əməkdaşlıq vacibdir. Buna görə də mənasız sanksiyaları ləğv etmək lazımdır”.

Krım məsələsinə də toxunan Şröder Rusiyanın bu torpaqları heç vaxt Ukraynaya qaytarmayacağını deyib:

"Kim hesab edirsə ki sanksiyalarla Rusiyaya təsir etmək olar, səhv edir. Heç bir Rusiya prezidenti Krımı Ukraynaya qaytarmayacaq. Bu, reallıqdır”.

Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Herhard Şröderlə Rusiya Prezidenti Vladimir Putinin dostluq əlaqələri mövcuddur.

Tarix
2020.05.03 / 10:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla