Yuxarı

Bu ölkədə karantin rejimi ayın 17-dək uzadıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə karantin rejimi ayın 17-dək uzadıldı

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi mayın 17-dək uzadılıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi martın 25-dən tətbiq olunan karantin rejiminin ölkədə virusun yayılmasına qarşı mübarizədə əhəmiyyətli nailiyyətlərə səbəb olması nəzərə alınaraq belə qərar qəbul edib. Karantin rejiminə uyğun olaraq bütün ölkə boyu bəzi qadağalar, o cümlədən hava və dəmir yolu nəqliyyatının, metronun, məktəb, kollec və digər təlim-tədris mərkəzlərinin, mehmanxanaların, kinoteatrların, ticarət mərkəzlərinin, idman zallarının fəaliyyətinə olan qadağalar qüvvədə olacaq. Bundan başqa, bütün siyasi və mədəni tədbirlərin, dini mərasimlərin təşkilinə olan qadağa da davam edəcək.

Hökumət virusun yayılma vəziyyətini nəzərə alaraq yaşayış massivlərini rəmzi zonalara bölüb. “Qırmızı” virusun ən çox yayıldığı, “Narıncı” orta, “Yaşıl” isə ən az yayılmış zonadır. “Yaşıl” və “Narıncı” zonalarda karantin rejimində müəyyən yumşalmalar tətbiq olunacaq.

Qeyd edək ki, ötən sutka ərzində Hindistanda virusa 2487 yoluxma və 87 ölüm faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 40 min 263 nəfərə, ölənlərin sayı isə 1306-ya çatıb.

Tarix
2020.05.03 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla