Yuxarı

Ukrayna yetim uşaqdır, böyüməlidir - Saakaşvili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna yetim uşaqdır, böyüməlidir - Saakaşvili

Ukrayna qumda oynayan və ətrafında alovların ucaldığı uşağı xatırladır.

Axar.az xəbər verir ki, bu sözləri Mixail Saakaşvili Ukraynanın iqtisadi vəziyyətini şərh edərkən deyib.

“Uşaq düşünür ki, ata və ana gəlib onu götürəcək. Ata və ana isə yoxdur. Böyüməliyik”, - deyə Saakaşvili bildirib.

Gürcü siyasətçi eyni zamanda əlavə edib ki, koronavirus pandemiyası səbəbindən Ukrayna iqtisadiyyatı daha ağır vəziyyətə düşüb.

Xatırladaq ki, 22 apreldə Saakaşvili Prezident Vladimir Zelenskidən Baş nazirin müavini vəzifəsini icra etmək təklifi aldığını bildirmişdi. Aprelin 24-dən isə Saakaşvili Xalqın Xidmətçisi Partiyasının deputatları ilə görüşlərə başladı. Mediada yayılan məlumatlara görə, danışıqlardan sonra Saakaşvilinin təyin olunması üçün təxminən 140-170 arası səs toplanıb. Bu isə Baş nazir müavininin təsdiqlənməsi üçün kifayət deyil.

Bundan sonra Ukrayna Nazirlər Kabineti Ali Radadan Mixail Saakaşvilinin Baş nazirin müavini təyin edilməsi ilə bağlı təqdimatı geri götürüb.

Saakaşviliyə Milli İslahatlar Şurasında təmsil olunmaq təklif edilib.

Tarix
2020.05.05 / 08:45
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla